Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib olunub

Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib olunub Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət tədbiri zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qu
Daxili siyasət
26 Mart , 2024 16:03
Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib olunub

Polis əməkdaşları Qubada qanunsuz ağac kəsən şəxs barədə akt tərtib ediblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və təbiətə ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.

Son xəbərlər

Orphus sistemi