Qubada Müstəqilliyin Bərpası Günü qeyd olunub

Daxili siyasət
  • 18 oktyabr, 2021
  • 11:29
Qubada Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqilliyin bərpa edilməsinin 30-cu ili münasibəti ilə konfrans keçirilib.

"Report"un Şimal bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış keçirilərək Koroğlu uverturası səsləndirilib.

Konfransda çıxış edənlər bildiriblər ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı.

Onu da qeyd edək ki, tədbirin sonunda şəhid ailələrinin iştirakı ilə şəhidlərin xatirəsinə ehsan süfrəsi verilib.