Qubada 28 May - Respublika Günü qeyd olunub - VİDEO - YENİLƏNİB

Qubada 28 May - Respublika Günü qeyd olunub - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Daxili siyasət
28 May , 2019 14:51
Qubada 28 May - Respublika Günü qeyd olunub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 13:51

Quba rayonunda 28 May - Respublika Günü qeyd olunub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun mərkəzi meydanında təşkil olunan tədbirdən əvvəl rayon rəhbərliyi, qonaqlar və fəallar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmiz və dünya üçün əlamətdar hadisə olduğunu bildirən icra başçısı Cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb. Onun sözlərinə görə, XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sabitlik, tərəqqi və inkişaf təmin olunub. Z.Əliyev görkəmli dövlət xadiminin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.

Bundan sonra "Şahinlər" hərbi vətənpərvərlər dəstəsi sıra keçidi edib.

Tədbirin bədii hissəsi güclü yağış səbəbindən Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evinin zalında davam etdirilib.

Son xəbərlər

Orphus sistemi