Yuxarı
    Bağlamaq

    ​Qubad İbadoğlunun ABŞ-a səfəri Müsavat Partiyasında birmənalı qarşılanmayıb

    MNTK sədri: Qubad İbadoğluna necə olur, səfər üçün şərait yaradılır?

    Bakı. 6 mart. REPORT.AZ/ "Hüquq müdafiəçisi İntiqam Əliyevi, jurnalist Xədicə İsmayılı xarici fondlarla əlaqəsi olduğu üçün həbs ediblər. Amma necə olur ki, Qubad İbadoğluna ABŞ-a səfər üçün şərait yaradılır?"

    Bunu "Report"a açıqlamasında Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib. O bildirib ki, Q.İbadoğlunun da hesabları bağlanıb, buna baxmayaraq ABŞ-a rahat səfər edir.

    S.Hüseynova ADR-in təsis konfransında səsvermənin açıq keçirilməsini də tənqid edib: "Azərbaycan Demokratiya və Rifah Hərəkatına toplaşan insanlar başda Qubad İbadoğlu, Vurğun Əyyub olmaqla Müsavat Partiyasının seçkili orqanlarını legitim saymırlar. Onlar qurultayın qərarlarını şübhə altına qoyurlar. Halbuki, özləri gizli səsvermə keçirə bilmədilər. Qubad İbadoğlu Müsavat rəhbərliyinə 3 təklif vermişdi. Bildirmişdi ki, təkliflər həyata keçərsə, narazılıq ortadan götürülər. Bu təkliflərdən biri növbədənkənar qurultayın çağırılması, ikinci təklifi isə MNTK sədrinin dəyişdirilməsi ilə bağlı idi. Bunlar qeyri-mümkün olan şeylərdir".

    ADR Hərəkatı İdarə Heyətinin üzvü Ellada Məmmədli isə "Report"a deyib ki, hərəkatda təmsil olunanların bütün addımları Müsavat Partiyasının rəhbərliyində mənfi qarşılanır. O bildirib ki, Qubad İbadoğlunun səfəri ilə bağlı deyilənlər qərəzlidir: "Bu, düzgün yanaşma deyil. Bizim onlarla şəxsi düşmənçiliyimiz yoxdur. Deyilənlərə də əhəmiyyət vermirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi