Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatına alınması üçün növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət edilib.
Bu barədə "Report"a hərəkatın sədri Qubad İbadoğlu məlumat verib.
Q.İbadoğlu qeyd edib ki, təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanıb: "Göstərilən çatışmazlıqlar aradan qaldırılıb. Hazırda Ədliyyə Nazirliyinin cavabını gözləyirik".
Xatırladaq ki, ADR-in dövlət qeydiyyatına alınması üçün bundan əvvəl bir neçə dəfə Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılıb. Hərəkat 2015-ci ilin fevralın 21-də təsis edilib.