Yuxarı

​Qubad İbadoğlu: "Yaxın vaxtlarda ABŞ-a dönəcəyəm"

ADR-in partiyaya çevrilməsi müzakirə mövzusu deyil

Bakı. 5 yanvar. REPORT.AZ/ "Ali məktəblərdə qış tətili başa çatdıqdan sonra ABŞ-a dönəcəyəm. ABŞ-ın Düke Universiteti qarşısında öhdəliklərim var. Ona görə də öhdəliyi yerinə yetirməliyəm".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

O bildirib ki, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının Fəaliyyət Proqramının hazırlanması ilə bağlı işlər gedir: "Bu ay hərəkatın Məclisinin iclası keçiriləcək və Fəaliyyət Proqramı qəbul ediləcək. Əsas fəaliyyət istiqamətlərdən biri təşkilatlanma, şəbəkələnməlidir, eyni zamanda proqram və konsepsiyaların təqdim olunmasıdır. Hərəkatın dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Bilirsiz ki, birinci müraciətimizdə sənədləri geri qaytarmışdılar. Hazırda sənədlər hazırlanır".

Q.İbadoğlu rəhbərlik etdiyi hərəkatın partiyaya çevrilmə ehtimalına da toxunub: "Hərəkatın partiyaya çevrilməsi müzakirə mövzusu deyil. Fəaliyyət Proqramında da hərəkatın hüquqi forması ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Biz Ədliyyə Nazirliyinə hərəkat kimi qeydiyyatdan keçmək üçün müraciət ediriksə, deməli, partiyaya çevrilmə məsələsi hələlik gündə deyil. Bununla bağlı ayrı-ayrı şəxslər deyil, hərəkatın ümumi yığıncağı qərar verə bilər. ADR-in partiyaya çevrilmə məsələsinə üzvlər tərəfində də dəstək yoxdur. Nə zamansa buna ehtiyac olarsa, müzakirəyə çıxarılıb, qərar qəbul edilə bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi