Quba şəhərində 28 May parkı istifadəyə verilib - FOTO

Quba şəhərində 28 May parkı istifadəyə verilib - FOTO Quba şəhərində 28 May parkı istifadəyə verilib.
Daxili siyasət
112
8 Noyabr , 2019 14:25
Quba şəhərində 28 May parkı istifadəyə verilib - FOTO

Quba şəhərində 28 May parkı istifadəyə verilib.

"Report"un Şimal bürosu xəbər verir ki, Qudyalçayın sahilində, çoxillik nadir ağacların əhatəsində olan parkda yenidənqurma işlərinə may ayından başlanıb. 

28 May parkının ərazisi 3,5 hektaradək genişləndirilib. Buradan Quba Soyqırımı Memorial Kompleksi istiqamətindəki tarixi pilləkənlər təmir edilib, əraziyə asfalt döşənib.

Parkda 40 ədəd müasir işıq dirəyi quraşdırılıb, uzunluğu 40, eni isə 20 metr olan yeni idman meydançası yaradılıb, yeni idman-əyləncə qurğuları qurulub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Dövlət Bayrağı Günü münasibətilə Qubada konsert və yürüş də təşkil olunub.

Son xəbərlər

Orphus sistemi