Yuxarı

Yaşar Məmmədov Quba rayonunun icra başçısı təyin edilib

Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun Quba Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Y.Məmmədov Quba Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.  

Dövlət başçısının digər sərəncamı ilə Mübariz Alı oğlu Ağayevin Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi