Yuxarı

QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin Xərclər Smetası təsdiqlənib

Şuranın Katibliyinə 1,6 milyon manat ayrılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2015-ci il üçün Xərclər Smetası"nı təsdiqləyib.

"Report"un xəbərinə görə, 2015-ci ilin üçün Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə 1,6 milyon manat ayrılıb. Bundan 125 160 manatı ştatda olan işçilərin əmək haqqına, 79 860 manatı ştatdankənar işçilərin əmək haqqına, 158 760 manatı əməyin ödənişi ilə bağlı sair pul ödənişlərə, 117 040 manatı təmsilçilik xərclərinə, 800 32 manatı Dövlət Sosial Müdafiə Fonduna ayırmalarına, 1 156 188 manatı sair xərclərə, o cümlədən, 362 000 manatı Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclərə sərf ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi