Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
Qurumdan "Report"a bildirilib ki, iclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında milsilis xidmətlərindən danışıb: “İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.
Daha sonra Azay Quliyev gündəliyə təklif olunan aşağıdakı məsələlər haqqında məlumat verib:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması haqqında;
Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması haqqında;
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər haqqında;
Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası;
İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası;
Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası;
Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi.
Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi haqqında
Agentliyin loqotipinin (emblemi) hazırlanması haqqında;
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında.
Gündəlik müzakirə edilərək yekdilliklə təsdiq olunub.
İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması üzrə işçı qrupu:
Zaur İbrahimov (koordinator)
Günel Səfərova
İsrayıl İsgəndərov
Əvəz Həsənov
Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması işçi qrupu:
Əvəz Həsənov (koordinator)
Zaur İbrahimov
Azər Allahverənov
Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası, İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məsələləri üzrə işçı qrupu:
Nurəddin Mehdiyev (koordinator)
Zakir Hacıyev
İlqar Orucov
Agentliyin loqotipinin (emblemi) hazırlanmasının təşkili üzrə işçı qrupu:
Günel Səfərova (koordinator)
Əvəz Həsənov
İlqar Orucov
QHT-lərin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və ictimai faydalılığının ölçülməsi üzrə işçı qrupu:
İsrayıl İsgəndərov (koordinator)
Günel Səfərova
Zaur İbrahimov
İlqar Orucov
İclasda gündəliyin 6-cı məsələsi geniş müzakirə edilib və Muşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri və bu sahədə görəcəyi işlər təsdiq olunub. Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib.
№ |
Müşahidə Şurasının üzvünün adı |
Vəzifəsi |
Əlaqələndirdiyi fəaliyyət istiqaməti |
Əlaqələndirdiyi fəaliyyət istiqaməti üzrə görüləcək işlər |
|
Azay Quliyev |
sədr |
Ümumi rəhbərlik |
|
|
Vüsal Quliyev |
sədr müavini |
Dövlət orqanları ilə fəaliyyətin əlaqələndirilməsi |
|
|
İlqar Məmmədov |
üzv |
QHT-lərin institusional inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri |
|
|
Zakir Hacıyev |
üzv |
QHT-lərin maliyyələşdirilməsi, mühasibatlıq və maliyyə hesabatlılığı məsələləri |
|
|
Əvəz Həsənov, Zaur İbrahimov |
üzv |
İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri |
|
|
Azər Allahverənov, Nurəddin Mehdiyev |
üzv |
Ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə məsələləri |
|
|
İlqar Orucov, İsrayıl İsgəndərov |
üzv |
Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təşviqi məsələləri |
|
|
Nurəddin Mehdiyev, İlqar Orucov |
üzv |
Sosial (şəhid ailələri, müharibə veteranları və əlilliyi olan şəxslər) və iqtisadi məsələlər |
|
|
Günel Səfərova, Əvəz Həsənov |
üzv |
Ailə, qadın, uşaq və gender məsələləri |
|
|
İsrayıl İsgəndərov, Günel Səfərova |
üzv |
Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və təşviqi məsələləri |
|
|
Zaur İbrahimov, Azər Allahverənov |
üzv |
Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri |