QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid jurnalistlərlə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid jurnalistlərlə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb QHT-lərə Dövlət Dəstəyi Agentliyi Kəlbəcərdə minaya düşərək həlak olmuş jurnalistlərlə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb
Daxili siyasət
143
4 İyun , 2021 16:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid jurnalistlərlə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması və yaralanması ilə bağlı hadisəyə mövqeyini bildirmək məqsədilə təcili iclas keçirib. İclasda çıxış edən Müşahidə Şurasının üzvləri hadisə zamanı həlak olmuş şəxslərin yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyiblər. Eyni zamanda, çıxış edən şəxslər hadisəni törətmiş Ermənistanın bu hərəkətini kəskin qınanıb. İclasın yekun olaraq Müşahidə Şurası adından bəyanat qəbul edilib.

"Report" bəyanatı təqdim edir:

"İyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq minaladığı ərazilərimizin xəritəsini verməməklə vətəndaşlarımıza qarşı hərbi cinayət əməllərini davam etdirir. Baş vermiş hadisə təkcə mülki şəxslərə qarşı hərbi cinayət deyil, o cümlədən, peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, işğal altındakı Kəlbəcərin boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişi ilə humanistlik göstərilərək əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edən qarşı tərəf rayondan çıxarkən əraziləri kütləvi surətdə minalamaqla ağır cinayət törətmişlər. Bu səbəbdən təəssüf ki, indiyədək, yəni, müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərdə ümumilikdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Onların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də var.

Biz, Müşahidə Şurasının üzvləri beynəlxalq təşkilatlara, media təsisatlarına, jurnalistlərin hüquqlarını müdafiə edən qurumlara müraciət edir, onları Ermənistanın bu hərbi cinayətini qəti şəkildə pisləməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırırıq".

Son xəbərlər

Orphus sistemi