Qətər rəhbərliyi Azərbaycan Prezidentini təbrik edib

Qətər rəhbərliyi Azərbaycan Prezidentini təbrik edib Bakı. 18 aprel. REPORT.AZ/ Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
18 Aprel , 2018 20:20
Qətər rəhbərliyi Azərbaycan Prezidentini təbrik edib

Bakı. 18 aprel. REPORT.AZ/ Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram".

Bundan başqa, Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqına isə daha sürətli inkişaf arzulayıram".

Həmçinin Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qətər Dövlətinin hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan şərəf hissi duyuram.

Zati-aliləri, Sizə yeni-yeni uğurlar və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf arzulayırıq".

Son xəbərlər

Orphus sistemi