Qərib Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib

Qərib Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib O, Azərbaycan Respublikasında aqrar elminin inkişafında xidmətlərinə görə müküfatlandırılıb
Daxili siyasət
9 Yanvar , 2017 18:01
Qərib Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Qərib Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasında aqrar elminin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qərib Məmmədovun 70 illik yubileyidir. O, 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müdiridir. 2011-2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olub. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Ailəlidir, iki övladı var.

Son xəbərlər

Orphus sistemi