Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyib

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyib Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyən bəyanat yayıb.
Daxili siyasət
13 Aprel , 2023 18:16
Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyib

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan hərbçisinə işgəncə verilməsini pisləyən bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistanın kütləvi informasiya vasitələrində, bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülər yayılıb.

Bu, hərbi əsirlərlə davranışa dair Cenevrə Konvensiyası, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı seçkiliyin növbəti bariz sübutudur.

Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olmuşdur. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıların oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.

Qərbi Azərbaycan İcması bu mənfur cinayəti qəti şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın nəzarətində olan əraziyə keçmiş azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırır".

Son xəbərlər

Orphus sistemi