Qərb təşkilatı ilk dəfə Qarabağda prezident seçkilərində "exit-poll" keçirəcək

Qərb təşkilatı ilk dəfə Qarabağda prezident seçkilərində "exit-poll" keçirəcək Qərb təşkilatı ilk dəfə Qarabağda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində "exit-poll" keçirəcək.
Daxili siyasət
2 Fevral , 2024 16:10
Qərb təşkilatı ilk dəfə Qarabağda prezident seçkilərində exit-poll keçirəcək

Qərb təşkilatı ilk dəfə Qarabağda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində "exit-poll" keçirəcək.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu seçkilər “Oracle Advisory Group” təşkilatının "exit-poll" keçirəcəyi 5-ci kampaniya olacaq: "Yəni indiyədək Azərbaycanda 5 dəfə seçkilərdə "exit-poll" keçirmişik. Artıq bu ölkədə 5 təcrübəli işçimiz var. Hansı ki, onlar Azərbaycanda digər komandaları təlimatlandıracaq və bu seçkilərdə olduqca fəal "exit-poll" keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi