Qərb bölgəsində seçkilər - FOTO - VİDEO - YENİLƏNİB-2

Qərb bölgəsində seçkilər - FOTO - VİDEO - YENİLƏNİB-2 Qərb bölgəsində səsvermədə fəallıq müşahidə olunur.
Daxili siyasət
9 Fevral , 2020 18:48
Qərb bölgəsində seçkilər - FOTO - VİDEO - YENİLƏNİB-2

Qərb bölgəsində səsvermədə fəallıq müşahidə olunur.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək.

Gəncə üzrə qeydə alınan namizəd sayı 36-dır. Gəncədə 4 seçki dairəsi üzrə ümumilikdə 111 məntəqə fəaliyyət göstərir. Seçki məntəqələrindən 4-ü qapalıdır. 40 məntəqədə vebkamera quraşdırılıb. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151450 nəfərdir. Onlardan 105-i ilk dəfə səs verəcək.

37 saylı Nizami (Gəncə) birinci Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Dairə üzrə seçici sayı 33 469 nəfərdir. Onlardan 32 899 nəfəri açıq, 570 nəfəri isə qapalı məntəqədə səs verəcək. Dairə üzrə 10 məntəqədə vebkamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 2-dir. Seçki dairəsi üzrə ən yaşlı seçicilər 100 yaşlı Həsənova Nabat Hüseyn qızı və Cəfərov Qüdrət İsmayıl oğludur. Dairə üzrə seçki prosesini 562 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyəcək.

38 saylı Nizami (Gəncə) ikinci Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 34 370 nəfərdir. Onlardan 33 870 nəfəri açıq, 500 nəfəri isə qapalı məntəqədə səs verəcək. Seçki dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 3-dür. 38 saylı Nizami ikinci Seçki Dairəsi üzrə ən yaşlı seçici 97 yaşlı Zeynalova Gülsən Babakişi qızıdır. Seçki dairəsi üzrə seçki prosesini 388 yerli, 8 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB) izləyəcək.

39 saylı Kəpəz (Gəncə) birinci Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 41 521 nəfərdir. Onlardan 39 161 nəfəri açıq, 2 360 nəfəri isə qapalı məntəqədə səs verəcək. Seçki dairəsi üzrə 9 məntəqədə vebkamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 73-dür. Onlardan Məmmədov Rüfət İsa oğlunun 18 yaşı elə seçki günü tamam olur. 39 saylı Kəpəz birinci seçki dairəsi üzrə ən yaşlı seçici 104 yaşlı Babayeva Yemən Mürsəl qızıdır. Seçki dairəsi üzrə seçki prosesini 479 yerli, 10 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB, 2- ŞƏT-SCO) izləyəcək.

40 saylı Kəpəz (Gəncə) ikinci Seçki Dairəsi üzrə 30 məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 42 090 nəfərdir. 40 saylı Kəpəz ikinci Seçki Dairəsinin 11 məntəqəsində vebkamera quraşdırılıb. Seçki dairəsi üzrə 18 yaşı tamam olan 27 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçici 100 yaşlı İmanov Fərman Həmzə oğludur. 40 saylı Kəpəz İkinci Seçki Dairəsi üzrə seçki prosesini 614 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyəcək.

Həmçinin saat 8:00-dan Qərb bölgəsinin, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Tərtər-Ağdam, 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir- Daşkəsən, 101 saylı Göygöl-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz, 106 Saylı Tovuz-Qazax- Ağstafa, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələri və məntəqələrində də seçikilərə başlanılıb.

96 saylı Goranboy- Naftalan Seçki Dairəsində 49 məntəqə var. Bu məntəqələrdən 7-nə vebkamera quraşdırılıb. Seçici sayı 41285 nəfərdir. İlk dəfə səs verəcək seçicinin 19 yaşı, 100-dən çox olan seçici isə 3 nəfərdir. Bir mandat üzrə 10 namizəd qeydə alınıb. Burada seçkiləri 474 nəfər müşahidə edir.

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsində 62 məntəqə, 39554 seçici var. İlk olaraq səs verənlərin sayı isə 23 nəfərdir. Məntəqələrin 6-da vebkamera quraşdırılıb. 9 namizəd (mandat sayı 1) və 792 müşahidəçi qeydə alınıb.

98 saylı Şəmkir şəhər Seçki Dairəsi üzrə 34 məntəqə var. Bunlardan 12-də vebkamera quraşdırılıb. Seçici sayı 36200, ilk dəfə səs verənlərin sayı 23, ən yaşlı seçici sayı isə 4-dür. Bu dairədə 9 namizəd mübarizə aparır və ümumilikdə 378 müşahidəçi qeydə alınıb.

99 saylı Şəmkir kənd Seçki Dairəsində 39 açıq, 1 qapalı məntəqə var və bunlardan 6-da vebkamera quraşdırılıb. Dairə üzrə 10 namizəd qeydə alınıb. Seçici sayı 43659 nəfərdir, bunlardan 15 nəfəri yaşlı, 70 nəfəri isə ilk dəfə səs verənlərdir.

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsində 43 məntəqə, 38014 seçici (5 nəfər ilk dəfə, 10 nəfər yaşlı seçicidir) var. Dairə üzrə 8 namizəd, 487 müşahidəçi var. Məntəqələrin 8-də vebkamera quraşdırılıb.

101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə 79 məntəqə (9-da vebkamera quraşdırılıb), 890 müşahidəçi, 11 namizəd qeydə alınıb. Seçici sayı 44946 nəfərdir. Bunlardan 46-sı ilk dəfə səs verən, 3 nəfəri isə yaşlılardır.

102 saylı Samux-Şəmkir Seçki Dairəsində 51 məntəqə (9-da vebkamera quraşdırılıb), 45830 seçici, 7 namizəd var. Dairə üzrə seçkiləri müşahidə edənlərin sayı isə 563 nəfərdir.

103 saylı Gədəbəy Seçki Dairəsində 43 məntəqə (6 məntəqədə vebkamera quraşdırılıb), 41850 seçici var. Bunlardan 99 nəfəri ilk dəfə səs verənlər, 11 nəfəri isə yaşlı seçicidir.
Müşahidəçi sayı 460, namizəd isə 6 nəfərdir.

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsində 65 məntəqə, 46044 seçici var. Seçicilərdən 18 nəfəri ilk dəfə səs verənlər, 17 nəfəri isə yaşlı seçicidir. Bu dairənin 6 məntəqəsində vebkamera quraşdırılıb, 731 müşahidəçi, 11 namizəd var.

105 saylı Tovuz Seçki Dairəsində 41 məntəqə, 46291 seçici (100 nəfər ilk dəfə səs verənlər, 6-sı yaşlı) var. Burada 7 namizəd qeydə alınıb, 10 məntəqəyə vebkamera quraşdırılıb.

106 saylı Tovuz -Qazax -Ağstafa Seçki Dairəsində 38 məntəqə, 47826 seçici (52-si ilk dəfə səs verəndir) var. Məntəqələrdən 8-nə vebkamera quraşdırılıb. Namizəd sayı 11, müşahidəçi sayı isə 576 nəfərdir.

107 saylı Qazax Seçki Dairəsində 37 məntəqə, 45902 seçici var. Vebkameralar quraşdırılan məntəqə sayı 10, müşahidəçi sayı isə 394-dür. Burada 8 nəfər öz namizədliyini irəli sürüb.

108 saylı Ağstafa Seçki Dairəsində 38 açıq, 2 qapalı məntəqə, 44573 seçici var. Bunlardan 42 nəfəri ilk dəfə, 8 nəfəri isə yaşlı seçicidir. Dairə üzrə 10 nəfər namizədliyini irəli sürüb, 664 nəfər isə müşahidəçi kimi qeydə alınıb.

Qeyd edək ki, bölgənin bütün məntəqələrində vətəndaşların öz seçki hüquqlarından istifadə etmələri üçün lazımi şərait yaradılıb.


***10:06

Video əlavə olunub


*** 09:00

Qərb bölgəsində səsvermə fəallıqla müşahidə olunur.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək. Gəncə üzrə qeydə alınan namizəd sayı isə 36-dır. Gəncədə 4 seçki dairəsi üzrə ümumilikdə 111 məntəqə fəaliyyət göstərir. Seçki məntəqələrindən 4-ü qapalıdır. 40 məntəqədə veb-kamera quraşdırılıb. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151450 nəfərdir. Onlardan 105-i ilk dəfə səs verəcək.

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Dairə üzrə seçici sayı 33 469 nəfərdir. Onlardan 32 899 nəfəri açıq, 570 nəfəri isə qapalı məntəqədə səs verəcək. Dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 2-dir. Seçki dairəsi üzrə ən yaşlı seçicilər 100 yaşlı Həsənova Nabat Hüseyn qızı və Cəfərov Qüdrət İsmayıl oğludur. Dairə üzrə seçki prosesini 562 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyəcək.

38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 34 370 nəfərdir. Onlardan 33 870 nəfəri açıq, 500 nəfəri isə qapalı məntəqədə səs verəcək. Seçki dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 3-dür. 38 saylı Nizami ikinci Seçki Dairəsi üzrə ən yaşlı seçici 97 yaşlı Zeynalova Gülsən Babakişi qızıdır. Seçki dairəsi üzrə seçki prosesini 388 yerli, 8 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB) izləyəcək.

39 saylı Kəpəz (Gəncə) birinci Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 41 521 nəfərdir. Onlardan 39 161 nəfəri açıq, 2 360 nəfəri isə qapalı məntəqədə səs verəcək. Seçki dairəsi üzrə 9 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 73-dür. Onlardan Məmmədov Rüfət İsa oğlunun 18 yaşı elə seçki günü tamam olur. 39 saylı Kəpəz birinci seçki dairəsi üzrə ən yaşlı seçici 104 yaşlı Babayeva Yemən Mürsəl qızıdır. Seçki dairəsi üzrə seçki prosesini 479 yerli, 10 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB, 2- ŞƏT-SCO) izləyəcək.

40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsi üzrə 30 məntəqə var. Seçki dairəsi  üzrə seçici sayı 42 090 nəfərdir. 40 saylı Kəpəz ikinci Seçki Dairəsinin 11 məntəqəsində veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 18 yaşı tamam olan 27 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçici 100 yaşlı İmanov Fərman Həmzə oğludur. 40 saylı Kəpəz İkinci Seçki Dairəsi üzrə seçki prosesini 614 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyəcək.

Həmçinin saat 8:00-dan Qərb bölgəsinin, 96 Saylı Goranboy-Naftalan, 97 Saylı Goranboy- Tərtər-Ağdam, 98 Saylı Şəmkir şəhər, 99 Saylı Şəmkir kənd, 100 Saylı Şəmkir- Daşkəsən, 101 Saylı Göygöl-Daşkəsən, 102 Saylı Samux-Şəmkir, 103 Saylı Gədəbəy, 104 Saylı Gədəbəy-Tovuz, 105 Saylı Tovuz, 106 Saylı Tovuz-Qazax- Ağstafa, 107 Saylı Qazax və 108 Saylı Ağstafa seçki dairələri və məntəqələrində də seçikilərə başlanılıb.

Qeyd edək ki, bölgənin bütün məntəqələrində vətəndaşların öz seçki hüquqlarından istifadə etmələri üçün lazımı şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi