Qəbələdə "İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı zona konfransı keçirilib

Qəbələdə "İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı zona konfransı keçirilib Qəbələdə "İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı zona konfransı keçirilib.
Daxili siyasət
31 May , 2022 12:56
Qəbələdə İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi adlı zona konfransı keçirilib

Qəbələdə "İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı zona konfransı keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, konfrans Qəbələ rayon Heydər Əliyev adına Konqres mərkəzində baş tutub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: "İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı konfrans Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edib.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, agentliyin məsul əməkdaşları, şimal-qərb rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verərək bildirib ki, konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq: "Bu konfrans, həmçinin paytaxt və region QHT-lərinin kommunikasiya baxımından birləşməsinə təkan verəcək".

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb.

V.Quliyevin sözlərinə görə, bu gün bu sahənin daha da təkmilləşdirilməsi üçün geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır: "Regionlarda başlanan zona konfranslarının əsas məqsədi bundan ibarətdir və gələcəkdə bütün təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq. Burada olduqca vacib məqamlardan biri də, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsidir".

Konfrans iştirakçıların müzakirələri ilə davam edib.

Son xəbərlər

Orphus sistemi