Qəbələ “ASAN xidmət”də ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirilib

Qəbələ “ASAN xidmət”də ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirilib Tədbirdə bir sıra şəxslər iştirak ediblər
Daxili siyasət
7 May , 2017 21:27
Qəbələ “ASAN xidmət”də ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. 7 may. REPORT.AZ/ Qəbələ “ASAN xidmət” mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“ASAN xidmət”dən "Report"a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil və çiçək dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Abil Ağasəfov, YAP rayon təşkilatı aparatının rəhbəri Elçin Tağıyev, Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru Abdül Əliyev və digər qonaqlar iştirak ediblər.

Dövlət agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu barədə danışıb. Həmçinin ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib və təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.

Sonda YAP sıralarına yeni qəbul olunmuş Qəbələ “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi