Qazax İcra Hakimiyyəti vətəndaşların qəbula buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Qazax İcra Hakimiyyəti vətəndaşların qəbula buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib Qəbula yazılan bütün vətəndaşlar bir-bir dinlənilir
Daxili siyasət
11 İyul , 2016 17:16
Qazax İcra Hakimiyyəti vətəndaşların qəbula buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Qazax. 11 iyul. REPORT.AZ/ "Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gün ərzində 300-dən çox vətəndaşı qəbul edir, onları dinləyir və problemləri ilə maraqlanır". 

Bunu "Report"un Qərb bürosuna rayon icra hakimiyyəti başçısnın müavini Gülayə Həsənova bəzi KİV-lərdə icra hakimiyyətinin qarşısına qəbul üçün gələn şəxslərin qəbula buraxılmaması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

G.Həsənova bildirib ki, sakinlərin qeyd etdikləri məsələlər həftə ərzində müvafiq idarə və müəsissələr tərəfindən araışdırılır və həllini tapır: "Hər həftənin cümə günü səhər saat 9-dan başlayaraq icra hakimiyyətinin başçısı vətəndaşları qəbul edir. İcra başçısının qəbulu axşam saatlarına qədər davam edir. Qəbula yazılan bütün vətəndaşlar bir-bir dinlənilir. Lakin şəhid ailələri və məcburi köçkünlər hər zaman önə çəkilir".

Son xəbərlər

Orphus sistemi