Qax. 11 aprel. REPORT.AZ/ Qax rayonunda seçici fəallığı müşahidə edilir.
Bu barədə "Report"un Şimal-qərb bürosuna 112 saylı Qax Dairə Seçki Komisiyasının (DSK) sədri Abdukərim Əliyev məlumat verib.
O bildirib ki, DSK-nın 58 məntəqəsində bu il 42 602 seçici səs verəcək: "Onlardan 333 nəfəri qeydiyyatdan çıxıb, 209 nəfərin bu il 18 yaşı tamam olur və 881 nəfər ilk dəfə səs verəcək: "Əlil seçicilər üçün 7 məntəqəyə panduslar qoyulub, 8 məntəqədə isə veb kamera quraşdırılıb. Seçkini 591 yerli və 2 xarici müşahidəçi izləyir".

