Firdovsinin itkin düşdüyü bu iki il ərzində dövlət, şəhid ailələri və qazilər bizi tək qoymadılar.
Bunu “Report”un Qərb bürosuna açıqlamasında Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan, avqustun 8-də Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn edilən hərbçi Firdovsi Abdullayevin əmisi Baris Abdullayev deyib.
O bildirib ki, qardaşı oğlunun nəşinin tapılaraq dəfn edilməsi ilə ailələrinin gözü yollardan çəkilib:
“Dövlətimizə, millətimizə təşəkkür edirəm ki, Firdovsinin itkin düşdüyü bu iki il ərzində bizi tək qoymadılar. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları da hər zaman qardaşım oğlunun taleyi ilə maraqlandılar.
Başda Prezident İlham Əliyev olmaqla, bu işdə əziyyəti keçən hər kəsə və bütün qurumlara təşəkkür edirəm ki, qardaşım oğlunun nəşini tapıb gətirdilər, ailəmizin gözü yollardan çəkildi”.