“Qaliblər düşərgəsi” zəngin proqramı ilə davam edir

“Qaliblər düşərgəsi” zəngin proqramı ilə davam edir “Qaliblər düşərgəsi”nin 3-cü günündə iştirakçıların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Daxili siyasət
8 İyul , 2021 13:03
“Qaliblər düşərgəsi” zəngin proqramı ilə davam edir

“Qaliblər düşərgəsi”nin 3-cü günündə iştirakçıların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Dövlət Miqrasiya Xidmətindən "Report"a bildirilib ki, qaliblər qeyri-adi, mürəkkəb quruluşa malik unikal tikili, Bakının simvollarından biri olan Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

“Azərbaycan inciləri” sərgisi, qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələrinə baxıblar.

Düşərgədə həmçinin rəsm müsabiqəsinə start verilib. Qaliblər bacarıqlarını nümayiş etdiriblər. Bundan başqa, Zəhra Həşimova tərəfindən “Yaddaşımı necə gücləndirim?”, Məlahət Kazımbəyovanın təqdimatında isə “Öz gələcəyimi necə qurmalıyam?” mövzularında təlimlərə qatılıblar.

Günün sonunda animatorların çıxışı iştirakçılarda xoş təəssürat yaradıb.

Son xəbərlər

Orphus sistemi