Qalibə Zülfüqarova: “Füzuli deyəndə ilk növbədə atalı günlərimi xatırlayıram”

Qalibə Zülfüqarova: “Füzuli deyəndə ilk növbədə atalı günlərimi xatırlayıram” “Füzuli deyəndə ilk atalı günlərim xatırlanır”.
Daxili siyasət
24 Yanvar , 2024 06:54
Qalibə Zülfüqarova: “Füzuli deyəndə ilk növbədə atalı günlərimi xatırlayıram”

“Füzuli deyəndə ilk növbədə atalı günlərimi xatırlayıram”.

Bu sözləri “Report”a Bakıdan Füzuli şəhərinə yola salınan keçmiş məcburi köçkün Zülfüqarova Qalibə söyləyib.

“Xalqımız bir olmasaydı biz bugünkü zəfəri qazanmazdıq. Doğma el-obamıza qayıdırıq. Füzuli şəhəri mənim üçün daha əzizdir. Hamımız bu xoş günün gələcəyinə inanırdıq.

Şəhidlərimizin qəhrəmanlıqları və qazilərimizin şücaəti sayəsində bu gün biz öz doğma elimizə, obamıza qayıdırıq. Bizə bu sevinci yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarıq”, - deyə Füzuli sakini əlavə edib.

Son xəbərlər

Orphus sistemi