"Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqlənib

"Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqlənib Bakı. 7 iyul. REPORT.AZ/ Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.
Daxili siyasət
7 İyul , 2018 15:07
Qaçqınkom kollegiyasının yeni tərkibi təsdiqlənib

Bakı. 7 iyul. REPORT.AZ/ Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. 

Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiyanın sədri, Dövlət Komitəsinin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov isə üzvləri təyin olunublar. 

Son xəbərlər

Orphus sistemi