"Qaçqınkom"a yeni sədr təyin olunub

"Qaçqınkom"a yeni sədr təyin olunub Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.
Daxili siyasət
50160
21 Aprel , 2018 17:32
Qaçqınkoma yeni sədr təyin olunub

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.

Xatırladaq ki, bunadək Dövlət Komitəsinin sədri baş nazirin müavini Əli Həsənov olub.

Qeyd edək ki, Rövşən Rzayev Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü olub.

Son xəbərlər

Orphus sistemi