Bakı. 6 fevral. REPORT.AZ/
DMX-dən "Report"a bildirilib ki, V.Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
O bildirib ki, bu ildən yalnız DMX tərəfindən bu qəbildən olan insanların qeydiyyata alınma proseduru həyata keçirilir və ölkədə bu kateqoriyadan olan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir: "Qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı müxtəlif layihələrin həyata keçirməsi nəzərdə tutulur".
Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud səmərəli əlaqələr nəticəsində əldə edilən nailiyyətləri güclənən əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.
Görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası, əmək bazarına çıxışının sadələşdirilməsi istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin davamlı olacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.