Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə yekunlaşıb

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə yekunlaşıb Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulub.
Daxili siyasət
13 Dekabr , 2024 15:00
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə yekunlaşıb

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunan müsabiqəyə yekun vurulub.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 70 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək üçün 5 dekabr - 12 dekabr ərzində Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 13 dekabr 2024-cü il tarixli qərarına əsasən artırılaraq 56 ştat vahidi müəyyən edilib.

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 56 namizəd 16 dekabr 2024-cü il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində icbari təlimə cəlb ediləcəklər.

İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alan gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər. Müvəffəqiyyət əldə edən namizədlərdən iki nəfəri Vətən Müharibəsinin iştirakçısıdır və müxtəlif medallarla təltif edilib.

Son xəbərlər

Orphus sistemi