Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" memorialı önünə əklil qoyublar.
Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbul edilmələri memarı ulu öndərimiz Heydər Əliyev olan və Azərbaycan Respublikasının Prezidenti cənab
Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun
Xüsusi vurğulanıb ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi bu məsələlərə çox böyük önəm verildiyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.
Diqqətə çatdırılıb ki, 2000-ci il aprelin 26-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə nəticəsində işə qəbul edilmiş 631 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 56 faizdən çoxunu təşkil edir. Çox müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilib, o cümlədən Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar alıblar.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr təqdim edilib.
Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.
Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.



