Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Prokurorluq haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, dəyişikliyə görə intizam məsuliyyətinin növləri artırılıb.
Belə ki, xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçilərinə intizam tənbehləri tətbiq ediləcək.