Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO Bu gün - oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.
Daxili siyasət
1 Oktyabr , 2019 10:01
Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO
Report / Elchin Murad

Bu gün - oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

"Report" xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər xiyabanına gələrək Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. 

Son xəbərlər

Orphus sistemi