Yuxarı

Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. "Report" xəbər verir ki, Baş Prokurorluğun əməkdaşları 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 97-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar. 

Xatırladaq ki, bu gün prokurorluq əməkdaşlarının kollegiya iclası keçiriləcək və iclasda bir sıra məsələlərə baxılacaq.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi