Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb

Daxili siyasət
  • 16 iyul, 2021
  • 14:26
Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb.

"Report" xəbər verir ki, vəsaitin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

- bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

- işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.