Probasiya xidmətinin rəisi: "Qanunvericilikdəki yeniliklər cəza siyasətini təkmilləşdirəcək"

Daxili siyasət
  • 30 dekabr, 2023
  • 11:20
Probasiya xidmətinin rəisi: Qanunvericilikdəki yeniliklər cəza siyasətini təkmilləşdirəcək

"Probasiya fəaliyyəti haqqında” Qanun layihəsində cəzaların icrasına tutarlı nəzarət mexanizminin yaradılması üçün riskin qiymətləndirilməsi, probasiya nəzarəti tətbiq edilən məhkumlar tərəfindən yeni cinayət törədilməsi ehtimalının aşkarlanıb qarşısının alınması üçün görüləcək profilaktik, qabaqlayıcı tədbirlərin dairəsi müəyyən edilib.

Bunu "Report"a müsahibəsi zamanı Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib.

Onun sözlərinə görə, qeyd olunan yeniliklər cəza siyasətinin təkmilləşməsinə, cəza təyin edərkən məhkəmələrin işin hallarını, təqsirləndirilən şəxsin fərdi xüsusiyyətlərini, şəxsiyyətini obyektiv qiymətləndirməyə, cəzanın növünü və həddini düzgün seçməyə, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərin islah olunmasına, cəmiyyətə reinteqrasiyasına yönəlmiş tədbirlərin tətbiqinə əlverişli zəmin yaradacaq.

Müsahibənin tam versiyası ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Bütün Xəbər Lenti