Yuxarı

Prezidentin mətbuat xidməti Milli Arxiv İdarəsinə 4 111 fotosənəd verib

Fotosənədlər bütövlükdə 2011-ci ili əhatə edir

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin mətbuat xidməti Dövlət Kino - Foto Sənədləri Arxivinə daim saxlanılmaq məqsədilə 4 111 saxlama vahidi fotosənəd təhvil verib. 

Milli Arxiv İdarəsindən "Report"a bildirilib ki, 2011-ci ili bütövlükdə əhatə edən fotosənədlərin məzmunu - Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində yeni istehsalat sahələrinin yaradılmasını, aerovağzal komplekslərinin tikintisini, istismara verilməsini, Xüsusi Dövlət Mühafizə Xidmətinin Diaqnostika Mərkəzinin açılışını, üç səviyyəli Mərdəkan yol qovşağının istismara verilməsini, Dünya Azərbaycanlılarının III Qurultayının və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işini, Azərbaycanda rəsmi səfərdə olan dövlət, hökumət rəhbərlərinin, diplomatik korpusların səlahiyyətli nümayəndələrinin rəsmi qəbullarını, Beynəlxalq Humanitar Forumun keçirilməsini, dövlət başçısının 2010-cu ildə Nazirlər Kabinetində keçirdiyi iclasları, dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunan rəsmi qəbulu, yeni iş yerlərinin, Abşeron rayonunda AZ MDF zavodunda açılış mərasimini, Bakıda keçirilən Nazirlər Konfransının işini, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına aid olan binanın təməlqoyma mərasimini, o cümlədən dövlət başçısının 2010-2011-ci ildə əməkdaşlıq sahəsində fəaliyyət proqramlarını əks etdirir.

Hazırda Dövlət Kino - Foto Sənədləri Arxivinə qəbul edilən sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa, müfəssəl məlumat hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi