Prezidentin köməkçisi: "Bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq"

Prezidentin köməkçisi: "Bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq" "Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!"
Daxili siyasət
20 Yanvar , 2021 10:29
Prezidentin köməkçisi: Bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq
Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq, tvitter səhifəsində paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 Yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq. Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.

Son xəbərlər

Orphus sistemi