Prezidentin fərdi təqaüdünün məbləği 1500 manata çatdırılıb

Daxili siyasət
  • 13 yanvar, 2023
  • 06:41
Prezidentin fərdi təqaüdünün məbləği 1500 manata çatdırılıb

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.