Prezident: "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur"

Prezident: "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur" Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur, həmçinin sosial paket. İşləyən vətəndaşların işlərini itirməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, eyni zamanda, sahibkarlara dəstək. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar. Onlara kim dəstək verməlidir? Dövlət. Hər zaman olduğu kimi dövlət bunu edir.
Daxili siyasət
31 Mart , 2020 16:42
Prezident: Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur
0 : 00
0 : 00

"Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur, həmçinin sosial paket. İşləyən vətəndaşların işlərini itirməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, eyni zamanda, sahibkarlara dəstək. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar. Onlara kim dəstək verməlidir? Dövlət. Hər zaman olduğu kimi dövlət bunu edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Ona görə həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz, bax, bizim siyasətimizi əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaqdır. Ona görə hesab edirəm ki, məruzə etdiyiniz məsələlərin formalaşması artıq tam yekunlaşmalıdır və vaxt itirmədən faktiki ödəmələr də başlanmalıdır və təbii ki, siyahılar da tutulubdur" - İ.Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi