Yuxarı
    Bağlamaq

    ​Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İnsan Hüquqları və Demokratiya qrupu üzrə seçki keçirilib

    Bu qrupda Şura üzvlüyü üçün 5 QHT rəhbəri - Sahib Məmmədov, Nəsrullah Nuriyev, Əbil Rəhimov, Səbuhi Abbasov və Aynurə Səfərova mübarizə aparıb

    Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə qeydə alınan namizədlərin seçilməsi üçün ixtisaslaşmış QHT qruplarının yığıncaqlarının keçirilməsinə başlanılıb.

    “Report”un xəbərinə görə, ilk seçki İnsan Hüquqları və Demokratiya qrupu üzrə keçirilib.

    Bu qrupda Şura üzvlüyü üçün 5 QHT rəhbəri - Sahib Məmmədov, Nəsrullah Nuriyev, Əbil Rəhimov, Səbuhi Abbasov və Aynurə Səfərova mübarizə aparıb. Səsvermədə 63 QHT nümayəndəsi iştirak edib.

    Gizli səsvermə ilə Sahib Məmmədov, Nəsrullah Nuriyev, Nəbi Rəhimov seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi