Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib

Daxili siyasət
  • 30 yanvar, 2018
  • 13:48
Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb.

Bildirilib ki, indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

İclasda 100 müraciətə baxılıb.

Qeyd edək ki, müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.