Prezident Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırıb Bakı. 18 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Daxili siyasət
50112
18 Fevral , 2019 15:06
Prezident Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Bakı. 18 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi