Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib Polisdə xidmətə qəbul edilmiş şəxslər və polis təhsil müəssisələrinin müdavimləri hərbi qeydiyyatdan çıxarılacaq
Daxili siyasət
147
3 Mart , 2016 17:51
Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Bakı. 3 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib. “Report” xəbər verir ki, sənədə əsasən, qanunun 28-ci maddəsinin VI hissəsində “mükəlləfiyyət qeydiyyatından” sözləri “qeydiyyatdan” sözü ilə əvəz edilib.

Beləliklə, polisdə xidmətə qəbul edilmiş şəxslər və polis təhsil müəssisələrinin müdavimləri hərbi qeydiyyatdan çıxarılacaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.

Son xəbərlər

Orphus sistemi