Prezident Novella Cəfəroğlunu “Şöhrət” ordeni ilə təltif edib

Prezident Novella Cəfəroğlunu “Şöhrət” ordeni ilə təltif edib Prezident İlham Əliyev bir qrup qadını “Şöhrət” ordeni ilə təltif edib
Daxili siyasət
6 Mart , 2021 11:16
Prezident Novella Cəfəroğlunu “Şöhrət” ordeni ilə təltif edib
Novella Cəfəroğlu

Prezident İlham Əliyev bir qrup qadını “Şöhrət” ordeni ilə təltif edib.

“Report” xəbər verir ki, onlar arasında qadın hüquq müdafiəçiləri də var.

Dövlət başçısının sərəncamına əsasən, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Cəfərova Novella Cəfər qızı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Bənənyarlı Səadət İzzət qızı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Qocamanlı Səltənət Məmməd qızı “Şöhrət” ordeni ilə təltif olunublar.

Onlar Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi