Prezident “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyi təsdiqləyib Dövlət başçısı sənədi imzalayıb
Daxili siyasət
8 Avqust , 2017 09:35
Prezident “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Bakı. 8 avqust. REPORT.AZ/ “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik təsdiqlənib.

"Report"un xəbərinə görə, bununla bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.

Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Dəyişikliklə qanunun 12.4-cü maddəsi yeni redaksiyada verilir. Belə ki, yeniliyə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldiləcək və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanacaq.

İndiyədək isə maddə belə idi: Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir.

Son xəbərlər

Orphus sistemi