Prezident əmək qanunvericiliyini pozanların cəzalandırılması ilə bağlı dəyişiklikləri təsdiqləyib

Prezident əmək qanunvericiliyini pozanların cəzalandırılması ilə bağlı dəyişiklikləri təsdiqləyib Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.
Daxili siyasət
27 Yanvar , 2022 17:37
Prezident əmək qanunvericiliyini pozanların cəzalandırılması ilə bağlı dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

Son xəbərlər

Orphus sistemi