Prezident: İnanırdım ki, Xocalıya qayıdacağıq və qurbanların xatirəsini əbədiləşdirmək üçün burada memorial kompleks yaradılacaq

Prezident: İnanırdım ki, Xocalıya qayıdacağıq və qurbanların xatirəsini əbədiləşdirmək üçün burada memorial kompleks yaradılacaq Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım.
Daxili siyasət
26 Fevral , 2024 17:14
Prezident: İnanırdım ki, Xocalıya qayıdacağıq və qurbanların xatirəsini əbədiləşdirmək üçün burada memorial kompleks yaradılacaq

Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: “Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq”.

Son xəbərlər

Orphus sistemi