Dövlət başçısı: Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır

Daxili siyasət
  • 14 fevral, 2024
  • 13:46
Dövlət başçısı: Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlət başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.