Prezident üç nəfəri “Şöhrət” ordeni ilə təltif edib

Prezident üç nəfəri “Şöhrət” ordeni ilə təltif edib Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Daxili siyasət
31 Yanvar , 2020 17:11
Prezident üç nəfəri “Şöhrət” ordeni ilə təltif edib

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Daha bir sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi