Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
"Report" xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və hökumət üzvləri yola salıblar.

