Yuxarı

Prezident İlham Əliyevin imzaladığı əfv siyahısında 2 jurnalistin də adı var

Sərəncam hüquqşünas Qurban Məmmədov, “Nida” Vətəndaş Hərəkatının sabiq üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxacaq şəxslər arasında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S. Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli də var.

"Report"un xəbərinə görə, sərəncam hüquqşünas Qurban Məmmədov, “Nida” Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil edilib.

Siyahıda həmçinin 1 nəfər xarici ölkə vətəndaşının da adı var. Belə ki, Türkiyə vətəndaşı Halil Aldemir də əfv olunanlar sırasındadır.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ümumilikdə 87 nəfərə şamil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi