Prezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıb Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Daxili siyasət
295
9 Dekabr , 2019 16:16
Prezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılıb. 

Son xəbərlər

Orphus sistemi